"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 21-ci turunda "Neftçi"ylə oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az-ın xəbərinə görə, gənc mütəxəssis komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçla bağlı fikirlərini bildirib.
- Oyuna ciddi hazırlaşmışdıq. Xal fərqinə baxsaq bizim üçün önəmli oyunlardan biri idi. Bərabərlik bizə sərf etsə də, qalib gəldik. Futbolçularıma təşəkkür edirəm. Qış fasiləsindən sonra komandamız xarakter nümayiş etdirir.
- Bu qələbə sayəsində "Zirə"nin 4-cü yerdə mövqeyini möhkəmləndirdi.
- Sona qədər bu tempi saxlasaq, mövsumu 4-cü yerdə başa vura bilərik. Təzyiq çox olacaq, amma buna dözməliyik. Bu, futboldur. Hər şey ola bilər.
- Komandanızın qarşısına avrokuboklara düşmək vəziifəsi qoyulub?
- Mənə bu vəzifə təklif ediləndə qarşıma məqsəd qoyulmuşdu ki, komanda ötənilki oyunu nümayiş etdirsin. Mən də bunun üçün çalışıram. Hər bir komanda avrokuboklara düşmək istəyər. Çalışarıq ki, maksimum xal götürüb vəsiqəni təmin edək.
- Oyunun gedişatında azarkeşlərlə aranızda nəsə mübahisə oldu...
- Azarkeşlər nalayiq ifadələr işlədirlər. Mən də futbolçularıma deyirəm ki, heç kimə cavab verməsin. Azarkeşlər çoxu deyir ki, "Qarabağ"ın ikinci komandasıyıq. "Qarabağ"a bilərəkdən xal verənə də, bu fikri çıxarana da Allah lənət eləsin.
- Bu söhbətə son qoymaq üçün düşünmürsüz ki, 4-cü dövrədə "Qarabağ"a qalib gələsiz...
- Bugünkü söhbətlər istər-istəməz futbolçularda gərginlik yaradır. Hər bir oyunun videogörüntüsü var, gətirsinlər, göstərsinlər ki, hansı oyunu vermişik. Biz "Qarabağ"a qarşı oynayacağıq. Kim istəməz ki, qalib gəlməsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB