AZAL əzmkar mübarizə ilə xal qazandı

AZAL əzmkar mübarizə ilə xal qazandı

Topaz Premyer Liqasının XXI turunda AZAL klubu Gəncədə "Kəpəz"in qonağı olub. SİA-nın məlumatına görə, Gəncə şəhər stadionunda keçirilən oyunu Orxan Məmmədov idarə edib. Ona Mübariz Haşımov, Mehman Mahmudov və Elvin Əsgərov kömək ediblər.

"Kəpəz"in heyətində meydana Davud Kərimi, Novruz Məmmədov, Renan Silva, Şəhriyar Əliyev, Şəhriyar Rəhimov, Kərim Diniyev, Tural Axundov (k), Serjio Kosta, Orxan Əliyev, Dario Federiko və Julien Ebah çıxıb.

Ehtiyat oyunçular skamyasında Tadas Simaitis, Tural Nərimanov, Azad Kərimov, Tural Rzayev, Ceyhun Cavadov, Əli Nuri və Vüqar Bəybalayev gözləyib.

AZAL-ın ilk 11-liyində Aqil Məmmədov, Emin Cəfərquliyev (k), Ruslan Əmircanov, Omeqa Roberts, Kamil Hüseynov, Mehdi Taouil, Kamal Mirzəyev, Samir Məsimov, Sadio Tounkara, Arkadi Qalperin və Röyal Nəcəfov yer alıb.

Ehtiyatda isə Tərlan Qasımzadə, Şirməmməd Məmmədov, Tural Hümbətov, Elnur Süleymanov, Nuqzar Kvirtiya, Vaqif Cavadov və Frank Madu baş məşqçi Tərlan Əhmədovun onlara şans verməsini gözləyib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə ilk qolu Gəncə təmsilçisi vurub. Oyunun 38-ci dəqiqəsində Şəhriyar Əliyev hesabı açıb. Qarşılaşmada əzmkar oyun göstərən "təyyarəçilər" bir neçə dəfə qol şansı əldə etsələr də, bu şanslardan birindən maksimum istifadə ediblər. Qonaqlar matçın sonuna qədər mübarizəni davam etdirərək hesabı bərabərləşdiriblər. Görüşün 90-cı dəqiqəsində AZAL-ın futbolçusu Vaqif Cavadov baş zərbəsi topu qapıdan keçirib və hesabda tarazlıq yaradıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandalar hərəsi aktivinə 1 xal yazdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə