Bu gün futbol üzrə Topaz Premyer Liqasında 3-cü dövrəyə yekun vurulub. 21-ci turun son oyun günündə 2 matç keçirilib. "Neftçi" öz meydanında "Zirə"ni qəbul edəib. Gənc məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi qonaq komanda hesabda geridə olsa da, sonradan iki qol vuraraq əzmkar qələbə qazanıb və dördüncü pillədəki mövqeyini gücləndirib.
5 mart (bazar)
18:00."Neftçi" – "Zirə" - 1:2
Qol: Daniel Seqovia, 60-pen. (1:0), Georgi Navalovski, 62-avtoqol (1:1), Milan Duriç, 79 (1:2)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu
15:00."Kəpəz" – AZAL - 1:1
Qol: Şəhriyar Əliyev, 38 (1:0), Vaqif Cavadov, 90 (1:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
Gəncə şəhər stadionu
4 mart (şənbə)
"İnter" – "Qəbələ" - 0:2
"Sumqayıt" – "Qarabağ" - 0:4
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qəbələ | 21 | 13 | 7 | 1 | 41-11 | 46 |
| 2 | Qarabağ | 21 | 14 | 3 | 4 | 36:11 | 45 |
| 3 | İnter | 21 | 9 | 9 | 3 | 31-21 | 36 |
| 4 | Zirə | 21 | 8 | 5 | 8 | 19-21 | 29 |
| 5 | Sumqayıt | 21 | 6 | 7 | 8 | 20-25 | 25 |
| 6 | Neftçi | 21 | 6 | 2 | 13 | 15-34 | 20 |
| 7 | Kəpəz | 21 | 3 | 9 | 9 | 14-24 | 18 |
| 8 | AZAL | 21 | 1 | 6 | 14 | 9-35 | 9 |
Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol, Rauf Əliyev ("İnter") - 7 qol
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB