Eddi İsrafilovun komandası səfərdə uduzub

Eddi İsrafilovun komandası səfərdə uduzub

İspaniya Sequndasında XXVIII turun oyunları keçirilir. Millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" səfərdə "Ovyedo" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə nəticələnib. Millimizin üzvü oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Ancaq çox çəkməyib ki, baş məşqçi Alvaro Servera Eddinin xidmətinə ehtiyac duyub.

Belə ki, mütəxəssis Eddini matçın 31-ci dəqiqəsində, qarşılaşmada "Kadis"in yeganə qoluna imza atmış Servando Sançesin əvəzinə meydana buraxıb. İsrafilovun meydana çıxmasından sonra 2 qol buraxan "Kadis" səfərdən xalsız qayıdıb. Qeyd edək ki, 28 turdan sonra hesabında 44 xal olan "Kadis" 22 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə