Nazir müavini: "Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir" AÇIQLAMA

Nazir müavini: "Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir" AÇIQLAMA

"Bütün xalqımızı Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edirəm. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında idman idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Ölkəmizdə idman siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən nazir müavini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindın uğurla davam etdirildiyini qeyd edib: "Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis olunub. Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana və idmançılara yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanırlar, Azərbaycanı layiqincə təmsil edirlər. Ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib".

Bütün xəbərlər Facebook səhifəmizdə