İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində martın 4-də bir sıra maraqlı qarşılaşmalar keçirilib. Günün ən maraqlı qarşılaşmasında "Liverpul" və "Arsenal" klubları üz-üzə gəliblər. Oyun "Liverpul"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Mançester Yunayted" isə öz meydanında "Bornmut" klubunu məğlub edə bilməyib – 1:1. Son çempion "Lester" doğma azarkeşləri qarşısında "Hall Siti" 3:1 hesabı ilə məğlub edib.
Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:
"Stok Siti" – "Midlsbro" - 2:0
"Suonsi" – "Bernli" - 3:2
"Uotford" – "Sautqempton" - 3:4
"Vest Bromviç" – "Kristal Pelas" - 0:2
Qeyd edək ki, turnir cədvəlinə 63 xalla "Çelsi" liderlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB