“Trabzonspor” 24 yaşlı futbolçunu yayda transfer edəcək

“Trabzonspor” 24 yaşlı futbolçunu yayda transfer edəcək

"Trabzonspor" klubu yayda həyata keçirəcəyi transfer fəaliyyətinə indidən start verib. Türkiyə mətbuatı yazır ki, "bordo-mavililər" bir futbolçu ilə razılıq əldə ediblər. Belə ki, "Trabzonspor" rəhbərliyi "Kayserispor"un yarımmüdafiəçisi Deniz Türüçlə anlaşıb. Kayseri təmsilçisi ilə də ortaq məxrəcə gəlmək mümkün olub. Razılaşmaya əsasən, Deniz 2017/18 mövsümündən etibarən "Trabzonspor"un formasını geyinəcək. Qeyd edək ki, 24 yaşlı futbolçu 2015-ci ildən "Kayserispor"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə