5 könüllü Montsa şəhərində keçiriləcək Formula-1 Qran-prisinə göndəriləcək
"Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) bu ilki yarış ərəfəsində ən yüksək fəaliyyət nümayiş etdirən 5 könüllünü sentyabrın 1-3-də İtaliyanın Montsa şəhərində keçiriləcək Formula-1 Qran-prisinə göndərəcək.
Qurumdan verilən məlumata görə, səfər zamanı könüllülərin səyahət, oteldə gecələmək və yarışı izləməklə əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq. Həmçinin könüllülər İtaliya Qran-prisinin təşkilatçı şirkətinin müvafiq proqramının iştirakçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına da sahib olacaqlar.
BŞH-nın insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə dair maraq oyatmaq və Bakıda baş tutacaq növbəti Formula-1 yarışının təşkilatçılığında ən yüksək səviyyədə iştirak edən 5 könüllünü mükafatlandırmaqdır. Müsabiqədə iştirak etmək istəyənlər əvvəlcədən Formula-1 Azərbaycan Qran-prisinin könüllülər proqramının bütün seçim mərhələlərindən keçərək yarışın könüllüsü adını qazanmalı, azı orta səviyyədə ingilis dilini bilməli, Azərbaycan vətəndaşı olmaqla yanaşı 18 yaşdan yuxarı olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB