“Kəpəz” məşqləri bərpa edib

“Kəpəz” məşqləri bərpa edib

Azərbaycan Premyer Liqasının XXI turunda Gəncədə AZAL-la qarşılaşacaq "Kəpəz" məşqləri bərpa edib. SİA-nın məlumatına görə, qarşıdakı oyun üçün hazırlığa Bakıda start verən "sarı-göylər" Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edib. Komanda bugünkü səhər məşqinə saat 11:00-da başlayacaq.

"Kəpəz" martın 4-də Gəncəyə gedəcək və oyun öncəsi son çalışmasına matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə