Türkiyə kubokunun 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, "Fənərbaxça" dünən səfərdə "Kayserispor"la qarşılaşıb. Fernandaonun dublu, Erkan Kaşın avtoqoluyla 3:0 hesabı ilə qalib gələn "bülbüllər" cavab oyunu öncəsi vacib üstünlük əldə edib. Bu komandalar arasında cavab oyunu aprelin 5-də keçiriləcək.
Qeyd edək ki, Sərgən Yalçının baş məşqçi postuna gətirilməsindən sonra bu iki komanda arasında Super Liqa çərçivəsində baş tutmuş oyun 4:1 hesabı ilə kayserililərin xeyrinə başa çatmışdı.
Türkiyə kuboku
1/4 final, ilk oyun
2 mart
"Kayserispor" – "Fənərbaxça" – 0:3
Qollar: Fernandao, 45+1; 71. Erkan Kaş, 76 (öz qapısına)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB