“Real”ın futbolçusu Qaret Beyl bar açır

“Real”ın futbolçusu Qaret Beyl bar açır

"Real"ın üzvü Qaret Beyl bar açır. Qol.az-ın məlumatına görə, bu haqda uelsli futbolçu instaqram vasitəsi ilə xəbər yayıb. Beyl qeyd edib ki, Kardiffdə yerləşən idman barı "Elevens" adlanacaq. Bu isə 27 yaşlı futbolçunun formasında daşıdığı 11 rəqəminin ingilis dilində tərcüməsidir.

Beyl barın 1 il ərzində hazır olduğunu, açılışının Uelsdə müqəddəs Devid günündə baş tutacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə