"Barselona"nın baş məşqçisi Luis Enrike haqda sensasiyalı iddia yayılıb. Qol.az-ın məlumatına görə, Britaniya mətbuatı mütəxəssisin Kataloniya klubundan mövsümün sonu ayrılmağı ilə bağlı verdiyi qərarda komandanın futbolçusu Lionel Messinin rolu olduğunu iddia edib.
Bildirilib ki, Messi ötən ay klub nümayəndələrinə Enrikenin "Barselona"da qalmağını istəmədiyini deyib. O, əks təqdirdə Çinə transfer olunacağını bildirib. Qeyd edək ki, L.Enrike "Barsa" ilə bu mövsümün sonu başa çatacaq müqaviləni yeniləməyəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB