DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyununa bilet satışı davam edir. SİA-nın məlumatına görə, biletləri 28 Mall Ticarət Mərkəzi, Bakcell Müştəri Xidmətləri mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionu və "Bakcell Arena"nın kassaları və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
Biletlərin qiyməti:
VIP – 50 AZN
1-ci kateqoriya – 19 AZN
2-ci kateqoriya – 14 AZN
3-cü kateqoriya – 9 AZN
4-cü kateqoriya – 5 AZN
5-ci kateqoriya – 2 AZN





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB