Vüsal Bəkirov: “Təlimlər marşalların fəaliyyətinin düzgün qurulmasında önəmli rol oynayır” AÇIQLAMA
"Artıq martın 4-dən Formula 1 üzrə Azərbaycan Qran Prisinin təlimlərinə start veriləcək. İlk təlim "Fairmont" otelində keçiriləcək. "Ümumi Marşallığa giriş" adlı təlimdə Formula 1, Azərbaycan Qran Prisi və marşallıq haqqında geniş məlumat veriləcək". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Bakı Marşal Klubunun layihələr və kommunikasiya üzrə koordinatoru Vüsal Bəkirov deyib.
O qeyd edib ki, ilk təlimdə 700 nəfər marşalın iştirakı nəzərdə tutulur: "İlk dəfə olaraq ötən il fəaliyyət göstərən marşallarla yeni seçilmiş marşallar birlikdə təlimdə iştirak edəcəklər. Bu təlimdən sonra marşallar seçdikləri sahələr üzrə hazırlıqlara başlayacaqlar. Onlar yeni Marşal Mərkəzində hazırlaşacaqlar. Marşal Mərkəzində təlim keçmək üçün yüksək şərait yaradılıb. Yaxın zamanlarda mərkəzin açılış mərasimi təşkil ediləcək".
V.Bəkirov bildirib ki, marşallıq fəaliyyəti Azərbaycanda yeni istiqamət olsa da, ötən il ölkəmizdə keçirilən Avropa Qran Prisinin marşalları yüksək səviyyədə fəaliyyət göstəriblər: "Builki yarışın marşalları da çox yüksək hazırlıq keçirlər. Formula 1 yarışlarında marşalların fəaliyyəti birbaşa nəticəyə təsir etdiyinə görə onların təlimlərinə xüsusi diqqət edilir. Təlimlər marşalların fəaliyyətinin düzgün qurulmasında önəmli rol oynayır. Qeyd edim ki, bu ilki təlimlərdə xarici ekspertlərlə yanaşı, yerli ekspert marşallarımız da təlimçi qismində iştirak edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB