AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:
28 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XX turunun "Qarabağ" – "İnter" matçının 86-cı dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
28 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XX turunun "Kəpəz" – "Qəbələ" matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir.
- Oyunun 38-ci dəqiqəsində "Kəpəz" klubunun 17 №-li futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).
- Oyunun 38-ci dəqiqəsində "Qəbələ" klubunun 7 №-li futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
- Oyunun I hissəsi bitdikdən sonra "Qəbələ" klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxsin oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub- geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 42.4) (maddə 10).
- "Qəbələ" klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulur, klub 8000 manat cərimə olunur (maddə 38.5) (maddə 38.8) (maddə 10).
- "Qəbələ" klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulur, klub 16000 manat cərimə olunur (maddə 38.6) (maddə 38.8) (maddə 10).
- "Qəbələ" klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılır, klub 4000 manat cərimə olunur (maddə 43.4).
23 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVII turunun "Şəmkir" – "Zaqatala" matçının 47 və 56-cı dəqiqələrində "Şəmkir" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).
27 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIV turunun təxirə salınmış oyunu olan "Səbail" – "Mil-Muğan" matçında "Mil-Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
27 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIV turunun təxirə salınmış oyunu olan "Energetik" – MOİK matçının 20-ci dəqiqəsində "Energetik" klubunun 5 №-li futbolçusu Tural Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
27 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XIV turunun təxirə salınmış oyunu olan "Şahdağ" – "Zaqatala" matçının 81-ci dəqiqəsində "Şahdağ" klubunun 13 №-li futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
22 fevral 2017-ci il U-19 Liqasında "Turan Tovuz" – "Neftçi İK İB" matçının 89-cu dəqiqəsində "Neftçi İK İB" klubunun 19 №-li futbolçusu Sahib Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
20 fevral 2017-ci il Bakcell U-17 Liqasında "Kəpəz" – "Neftçi İK İB" matçının 74-cü dəqiqəsində "Kəpəz" klubunun 4 №-li futbolçusu Mehdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 48).
27 fevral 2017-ci il Bakcell U-17 Liqasında "Zirə" – "Neftçi" matçının 84-cü dəqiqəsində "Zirə" klubunun 71 №-li futbolçusu Murad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyun başa çatdıqdan sonra "Neftçi" klubunun 17 №-li futbolçusu Mehman Mənsimov və "Zirə" klubunun 12 №-li futbolçusu Ramil Məmmədbağırov dava-dalaşda iştirak etdiklərinə və kütləvi insidentin yaranmasına səbəb olduqlarına görə hər iki futbolçu 5 oyun cəzalanır (maddə 39.1). "Zirə" və "Neftçi" klublarına xəbardarlıq olunur, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.
26 fevral 2017-ci il U-16 Liqasında "Zirə" – "Vətən" matçının 66-cı dəqiqəsində "Zirə" klubunun məşqçisi Rəşad Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
23 fevral 2017-ci il U-16 Liqasında "Kəpəz" – "Qəbələ" matçının 72-ci dəqiqəsində "Qəbələ" klubunun 12 №-li futbolçusu İbrahim Camalov, 7 №-li futbolçusu Nicat Oruclu və "Kəpəz" klubunun 4 №-li futbolçusu İsmayıl Məmmədov, 5 №-li futbolçusu Fərid Soltanzadə dava-dalaşda iştirak etdiklərinə görə hər dörd futbolçu 5 oyun cəzalanır (maddə 39.1).
25 fevral 2017-ci il U-14 Liqasında Kürdəmir Gİİ – "Sabirabad" matçında "Kürdəmir" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 fevral 2017-ci il U-14 Liqasında UĞUR FK (Sumqayıt) – UGİM-1 (Sumqayıt) matçında UĞUR FK klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
26 fevral 2017-ci il U-14 Liqasında, UGİM (Neftçala) – Muğan PFK (Salyan) matçının 42-ci dəqiqəsində "Muğan" PFK klubunun 13 №-li futbolçusu Xəyal Cəfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.3).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB