"Çelsi" Viktor Mosesin müqaviləsini 2021-ci ilə qədər uzadıb

"Çelsi" Viktor Mosesin müqaviləsini 2021-ci ilə qədər uzadıb

İngiltərənin "Çelsi" klubu futbolçusu Viktor Moseslə yeni müqavilə imzalayıb. Bu barədə ingilis klubunun rəsmi saytında məlumat yerləşdirilib. Xəbərə görə, "zadəganlar" hücumçu Viktor Mosesin müqaviləsini 2021-ci ilə qədər uzadıb.

Qeyd edək ki, 26 yaşlı nigeriyalı futbolçu 2012-ci ildən "Çelsi"də çıxış edir. O, ötən mövsüm icarə əsasında "Vest Hem"də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə