UEFA-dan "Beşiktaş" azarkeşlərinə bəd xəbər

UEFA-dan "Beşiktaş" azarkeşlərinə bəd xəbər

"Beşiktaş" Avropa Liqasının 1/8 finalında "Olimpiakos"la səfər matçını azarkeş dəstəyi olmadan oynayacaq. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, bununla bağlı UEFA qərar verib. Qərara əsasən, iki klub arasında keçirilən matçlarda səfərdə oynayan komandanın azarkeşləri stadiona buraxılmayacaq.

Qeyd edək ki, azarkeşlər arasında hər hansı insidentin qarşısını almaq üçün bu addım atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə