İdmançılarımız dünya çempionatında 1 qızıl və 3 gümüş medal qazanıblar

İdmançılarımız dünya çempionatında 1 qızıl və 3 gümüş medal qazanıblar

Azərbaycan Ciu-Citsu Federasiyasının yığma komandasının üzvləri Bolqarıstanın Bansko şəhərində güc strukturları arasında keçirilən dünya çempionatında 1 qızıl və 3 gümüş medal qazanıblar. Bu barədə Federasiyadan məlumat verilib. Məlumatda deyilir ki, Vüqar Cəfərov (69 kq) 30-35 yaşlı ustalar arasında faytinq üzrə yarışda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Orxan Rüstəmli (94 kq) faytinq yarışında gümüş medala layiq görülüb. Yığmamızın daha bir üzvü Riad Camalbəyli (79 kq) nevadze kateqoriyası üzrə yarışın finalında uduzaraq gümüş medalla kifayətlənməli olub. Vüqar Cəfərov isə açıq çəki dərəcəsində mübarizədə ikinci yeri tutub. Yarışda 15 ölkədən 350-dən çox idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə