“Ayntraxt” Almaniya Kubokunun yarımfinalında

“Ayntraxt” Almaniya Kubokunun yarımfinalında

Futbol üzrə Almaniya Kubokunda 1/4 final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, "Arminiya"nı məğlub edən "Ayntraxt" adını yarımfinala yazdırıb.

Bu gün keçirilməli olan "Lotte" - "Borussiya" (Dortmund) matçı isə təxirə salınıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər 2 görüşü sabah keçiriləcək.

Almaniya Kuboku

1/4 final

28 fevral

"Ayntraxt" - "Arminiya" 1:0
Qol:
Blum, 6

Bütün xəbərlər Facebook səhifəmizdə