"Belə meydanda oynamaq çətindir. Kombinasiyalı oyun göstərmək mümkün deyildi". Qol.az-ın xəbərinə görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 20-ci turunda "Kəpəz"lə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis komandasından razılığını bildirib: "Başa düşürük ki, istənilən halda qalib gəlməli idik. Futbolçularımdan razıyam. Sonadək vuruşdular. Qalib gəlməyimizə isə obyektiv səbəblər mane oldu".
R.Qriqorçuk "Qəbələ"in futbolçusu Nika Kvekveskiri ilə "Kəpəz"in oyunçusu Nicat Qurbanov arasındakı insidentə də münasibət bildirib: "Mən Nikadan həmin epizodda nə baş verdiyini soruşdum. O mənə dedi ki, rəqib futbolçunun təxribatına uymadım, sakit reaksiya verdim. Amma Nicat məni nəyə görəsə vurdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB