DÇ-2018-in seçmə mərhələsinin Bakıda keçiriləcək Azərbaycan - Almaniya oyununu izləyəcək qonaq komandanın azarkeşlərinin sayı bəlli olub. SİA-nın məlumatına görə, Almaniya Futbol İttifaqının saytında bildirilir ki, 800-dək alman azarkeş matça canlı baxmaq üçün ölkəmizə gələcək. Onların matç üçün bilet və Bakıda yemək xərclərini məşhur şirkətlərdən biri fan-kluba ad günü hədiyyəsi olaraq öz öhdəçiliyinə götürüb.
Xatırladaq ki, Azərbaycan - Almaniya matçı martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB