İdmançımız Dünya Kubokunda bürünc medal qazanıb

İdmançımız Dünya Kubokunda bürünc medal qazanıb

Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə dünya kuboku yarışları keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan millisi yarışa uğurla başlayıb. Turnirdə ölkəmizi təmsil edən Ruslan Lunyov 25 metr məsafəyə atəşaçma yarışlarında bürünc medal qazanıb. İdmançımız təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq üçüncü olub.

Martın 2-də yekun vurulacaq turnirdə R.Lunyov 10 metr məsafəyə atəşaçma yarışlarında da gücünü sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə