"Sumqayıt"ın məşqçisi: "Məsafə qısa olduğundan buna ehtiyac qalmadı"
"Sumqayıt"ın məşqçisi Vəfadar Quliyev Topaz Premyer Liqanın 20-ci turunda "Zirə" ilə oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi?
- Əlbəttə, Samir müəllim olsa, daha yaxşı oyanayardıq. Ancaq düşünmürəm ki, baş məşqçinin olmaması çox ciddi təsir göstərib.
- Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?
- Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.
- Samir Abasov əvvəl cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?
- Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB