“Neftçi”nin baş məşqçisi: Biz bura 3 xal dalınca gəlmişdik

“Neftçi”nin baş məşqçisi: Biz bura 3 xal dalınca gəlmişdik

"Oyunun belə ağır keçəcəyini gözləyirdik. "AZAL Arena"nın meydançasında oynamağın çətin olacağını da bilirdik". Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib. Azərbaycan Premyer Liqasının XX turunda AZAL-ın qonağı olan "Neftçi" Daniel Seqovianın 4-cü dəqiqədə vurduğu yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Abdullayev vacib qələbə əldə etdiklərini söyləyib: "Bütün komandalar AZAL-a qarşı səfərdə çətinliklə üzləşirlər. Ancaq biz bura 3 xal dalınca gəlmişdik və buna da nail olduq".

Bütün xəbərlər Facebook səhifəmizdə