UEFA "Beşiktaş"ı 60 min avro cəzalandırdı

UEFA "Beşiktaş"ı 60 min avro cəzalandırdı

UEFA İntizam Komitəsi "Beşiktaş"ı cəzalandırıb. UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Dinamo" (Kiyev) ilə matçda "qara qartallar"ın azarkeşləri məşəl yandırdığı üçün klub 60 min avro məbləğində cərimələnib. Qeyd edək ki, "Dinamo" - "Beşiktaş" görüşü Ukrayna klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə