Bu gün Topaz Premyer Liqasında XX tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında AZAL öz meydanında "Neftçi"ni sınağa çəkəcək. Qış fasiləsindən sonra toparlanan "ağ-qaralar"ı Şüvəlanda çətin qarşılaşma gözləyir. Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə "AZAL Arena"da 3 xalı "Neftçi" əldə edib. Lakin ikinci dövrədə "təyyarəçilər" həmin yenilginin əvəzini çıxıblar.
Digər qarşılaşma isə Zirədə oynanılacaq. Eyniadlı komanda "Sumqayıt"la üz-üzə gələcək. Bu komandaların 4-cü yer uğrunda mübarizə aparmaları, aralarındakı xal fərqinin cəmi 2 olması görüşə marağı artırır.
Topaz Premyer Liqası
XX tur
27 fevral (bazar ertəsi)
15:30. AZAL - "Neftçi"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
AZAL Arena
18:00. "Zirə" - "Sumqayıt"
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
28 fevral (çərşənbə axşamı)
15:00. "Kəpəz" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00. "Qarabağ" - "İnter"
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Azersun Arena"
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qəbələ | 19 | 12 | 6 | 1 | 38-10 | 42 |
| 2 | Qarabağ | 19 | 13 | 3 | 3 | 32-10 | 42 |
| 3 | İnter | 19 | 8 | 9 | 2 | 30-19 | 33 |
| 4 | Sumqayıt | 19 | 6 | 7 | 6 | 20-23 | 25 |
| 5 | Zirə | 19 | 6 | 5 | 8 | 17-21 | 23 |
| 6 | Neftçi | 19 | 5 | 2 | 12 | 14-33 | 17 |
| 7 | Kəpəz | 19 | 3 | 7 | 9 | 12-22 | 16 |
| 8 | AZAL | 19 | 1 | 5 | 13 | 8-33 | 8 |
Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB