Noyer “Bavariya”nın tarixində rekorda imza atıb

Noyer “Bavariya”nın tarixində rekorda imza atıb

"Bavariya"nın qapıçısı Manuel Noyer klub tarixində rekorda imza atıb. Münhen təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, bu hadisə dünən "Hamburq"a qarşl matçda (8:0) baş verib. 30 yaşlı futbolçu Bundesliqada qol buraxmadığı oyunların sayını 100-ə çatdırıb. O, 183 matçdan 100-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, buna qədər "Bavariya" tarixində Oliver Kann və Zepp Mayer də bu göstəricəyə nail olub. Amma Noyerdən fərqli olaraq, onların "quru seriyası" daha çox matç keçirdikdən sonra davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə