Millimizin və "Ertsqebirge Aue" komandasının futbolçusu Dmitri Nazarov dünən Almaniya ikinci bundesliqasında qol vurub. Qol.az-ın xəbərinə görə, o, 22-ci turda Drezden "Dinamo"su ilə görüşdə fərqlənib. "Ertsqebirge Aue" bu matçda 1:4 hesabı ilə uduzub. Bütün 90 dəqiqəni meydanda olan Nazarov 60-cı dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb. Qeyd edək ki, "Ertsqebirge Aue" 18 turdan sonra turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB