Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE "Qran-Pri"si davam edir. Apasport.az saytının məlumatına görə, dünən baş tutan VII turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Yan Nepominyaşi ilə qarşılaşıb. Qrossmeysterimizin ağ fiqurlarla oynadığı partiyada rəqiblər 14-cü gedişdə heç-heçəyə razılaşıblar. Bu nəticə ilə aktivindəki xalları 4.5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.
Belə ki, hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də Yakovenko ilə heç-heçə etdiyindən ilk pillədə heç bir dəyişiklik olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB