"Yuventus"dan 23 yaşlı hücumçuya 7 milyon avroluq müqavilə

"Yuventus"dan 23 yaşlı hücumçuya 7 milyon avroluq müqavilə

"Yuventus" futbolçusu Paulo Dibala ilə müqaviləni yeniləməyə hazırlaşır. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi 23 yaşlı hücumçunun agenti ilə danışıqlara başlayıb. Onunla 4 illik yeni müqavilə imzalanacaq. İtaliyalı futbolçu yeni müqavilə ilə ilinə 7 milyon avro qazanacaq.

Xatırladaq ki, P.Dibala bundan əvvəl "Yuventus"la müqavilənin müddətini uzadacağını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə