Azərbaycanlı mütəxəssis "Makkabi"nin baş məşqçisi olacaq

Azərbaycanlı mütəxəssis "Makkabi"nin baş məşqçisi olacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov hazırda İsrail çempionu olan Hayfanın "Makkabi" klubuna rəhbərlik edəcək. SİA-nın məlumatına görə, 59 yaşlı azərbaycanlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

A.Çervyakov karyerasında ilk dəfə olaraq Azərbaycandan kənarda fəaliyyət göstərəcək. O, bundan əvvəl iki Bakı klubuna - "Azərreyl" və "Azəryol"a, 2013-cü ildə isə Azərbaycan yığmasına rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə