Meneceri qəzəbləndi: “Balotellinin dilini kəsəcəm”

Meneceri qəzəbləndi: “Balotellinin dilini kəsəcəm”
Fransanın "Nitsa" klubunun hücumçusu Mario Balotelli cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, italiyalı futbolçu Liqa-1-in XXVI turunun "Loryan"la oyununda hakimə söydüyü üçün gördüyü qırmızı vərəqə səbəbindən 1 oyun komandasına kömək edə bilməyəcək. Onun cəzası şərti xarakter daşıyır. Belə ki, əgər o, növbəti dəfə qırmızı vərəqə alsa, cəzasının üstünə daha bir matç əlavə olunacaq. Bu isə futbolçunun meneceri Mina Rayolanın qəzəbinə səbəb olub. Məşhur agent verdiyi açıqlamada Marionun dilini kəsəcəyini deyib: "Futbol oynamaq üçün dilə ehtiyacınız yoxdu. Mario isə dilindən çox pis istifadə edir. Əgər bir də belə hal olsa, onun dilini kəsəcəyik".

Qeyd edək ki, Mario Balotelli "Nitsa"ya 2016-cı ilin yayında keçib. Bu mövsüm forvard 14 oyuna 9 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə