Xuan Matadan ŞOK açıqlama: Biz insanıq. Maşın deyilik

Xuan Matadan ŞOK açıqlama: Biz insanıq. Maşın deyilik

"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. BBC-də canlı efirdə qonaq olan ispaniyalı yarımmüdafiəçi hər oyun qol vurmağın mümkün olmadığını bildirib. O, fransız oyunçu Pol Poqba haqqında verilən suala belə cavab verib: "Pol Poqba? Doğrudur, bahalı transferlər hər zaman diqqət mərkəzində olurlar, hamı onlardan çox şey gözləyir. Ancaq biz insanıq. Maşın deyilik. Hər oyun qol vurmağı ancaq Messi və Ronaldo bacara bilər". Qeyd edək ki, Pol Poqba İPL-də keçirdiyi 24 oyunda 7 (4 qol+3 ötürmə), Avroliqada isə 8 oyunda 3 (2+1) xal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə