"Şəmkir"in yeni baş məşqçisi rəsmən açıqlanıb. Belə ki, klubun feysbuk səhifəsində yerləşdirilən xəbərə görə, birinci divizion təmsilçisini bundan sonra Badri Kvarasxeliya çalışdıracaq. Maraqlıdır ki, gürcü mütəxəssislə müqavilənin şərtləri və müddəti haqqında məlumat açıqlanmayıb.
Badri 1997/1998-ci illərdə "Kəpəz"in, 1998/2005-ci illərdə isə "Şəmki"rin heyətində futbolçu kimi çıxış edib. Məşqçi kimi isə Kvaratsxeliya 2008/2009-cu illərdə Bakı "Standard"ını, 2012/2013-cü illərdə isə "Qəbələ"ni çalışdırıb. Qeyd edək ki, 16 turdan sonra birinci divizionda 3-cü pillədə qərarlaşmış komanda ötən tur Qəhrəman Əliyevi istefaya yollamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB