Macarıstanda yaşanan iqtisadi böhran idmana da təsirsiz ötüşməyib. Paytaxt Budapeşt 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. Bu barədə "Euronews" telekanalı məlumat yayıb. Xəbərə görə, bu qərarın qəbul edilməsinə maliyyə vəsaitinin çatışmazlığı səbəb olub.
Namizədliyin geri götürülməsi ilə əlaqədar başladılan imza kampaniyasına qısa müddətdə 200 min nəfər qoşulub. Budapeştin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürməsindən sonra bu mühüm tədbirə ev sahibliyinə iddia edən cəmi iki şəhər - Los-Anceles və Paris qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB