"Qəbələ" klubunun futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. Bu barədə klubun rəsmi "Facebook" səhifəsində məlumat yerləşdirilib. Xəbərə görə, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub. Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Elvin Camalov fevralın 12-də Topaz Premyer Liqasının XVIII turunda "Zirə" ilə keçirilən oyunda zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB