Dəniz Yılmaz 2 oyunluq cəzalandırılıb

Dəniz Yılmaz 2 oyunluq cəzalandırılıb

Milli komandamızın və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmaz 2 oyunluq cəzalandırılıb. Bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb. Superliqanın 21-ci turunda "Kayserispor"la oyunun 19-cu dəqiqəsində rəqibə qarşı bilərəkdən kobudluq etdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulan hücumçu qarşıdakı iki oyunu buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə