"Müharibə uşaqların gözü ilə” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

"Müharibə uşaqların gözü ilə” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

Xocalı Soyqırımının XXV ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və gənclərin iştirakı ilə toplantı keçirilib. SİA-nın məlumatına görə, Gəncliyə Yardım Fondunda keçirilən tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, millət vəkili Elman Nəsirov, Xocalı şəhər İcra hakimiyyətinin məsul əməkdaşı Cavid Əliyev, xocalı sakinləri və müsabiqəyə qatılan şagirdlər iştirak ediblər.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqrımına həsr edilmiş vidoçarx nümayiş edilib.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğunu, soyqırımı törədən ermənilərin mütləq cavab verəcəklərini bildiriblər. Onlar Xocalı qoyqırımı haqqında şagirdlərə geniş məlumat veriblər.

Daha sonra inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırlıb.

Qeyd edək ki, tədbirin məqsədi Xocalı Soyqırımının XXV ildönümünü yad etmək, tariximizin soyqırımı səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq, onların ermənilərin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmalarını təmin etmək, gənclərimiz arasında milli vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə