"Barselona" İvan Rakitiçlə yeni müqavilə imzalayacaq

"Barselona" İvan Rakitiçlə yeni müqavilə imzalayacaq

"Barselona" futbolçusu İvan Rakitiçlə yeni müqavilə imzalamaq barədə razılığa gəlib. İspaniya mətbuatının yaydığı xəbərə görə, xorvatiyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2021-ci ilə qədər uzadılacaq. Qeyd edək ki, İ.Rakitiçin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2019-cu ildə başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə