"Rəqibin əks-hücumlarının qarşısını almaq çox çətin idi. İstəsələr, bizə milyon qol vurarlar". Bu barədə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Monako" ilə keçirilən ilk oyundan sonra deyib. İspaniyalı mütəxəssis 5:3 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, komandaların mərhələ adlamaq şansının bərabər olduğunu bildirib: "Cavab matçında daha yaxşı oyun sərgiləməliyik. Ən böyük hədəfimiz qol vurmaqdı. Mərhələ adlamaq şanslarını bərabər hesab edirəm. Əlbəttə, 5:3 hesablı qələbədən məmnunam, amma arxayınlaşa bilmərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB