Kamran Ağayev “Porto” ilə oyunda iştirak etməyəcək

Kamran Ağayev “Porto” ilə oyunda iştirak etməyəcək

Milli komandamızın qapıçısı Kamran Ağayev "Boavişta"nın növbəti matçında iştirak etməyəcək. SİA-nın məlumatına görə, ayaq əzələsində ağrılar olan K.Ağayev dünən tibbi müayinədən keçib və həkimlər ona oyuna çıxmamağı məsləhət görüb.

Son iki turda "18-liy"ə düşməyən 31 yaşlı qolkiper fevralın 26-da "Porto" ilə keçiriləcək oyunda da iştirak etməyəcək.

Qeyd edək ki ,"Boavişta"da çıxış edən millimizin daha bir üzvü - Emin Mahmudov isə zədə səbəbindən 3 həftə oynaya bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə