Ağacan Abıyev: “Bakı 2017”də boksçularımızdan ən azı 6-7 medal gözləyirik” AÇIQLAMA
"İdmançılarımızın Olimpiya Oyunlarında olduğu kimi, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında da yüksək nəticələr göstərəcəklərinə inanırıq". Bunu SİA-ya açıqlamasında Milli Olimpiya Komtəsinin baş katibi, Azəbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev deyib.
O, boks üzrə milli komandamızın "Bakı 2017"yə hazırlığından danışıb: "Azərbaycan çempionatından sonra hər çəkidə ən yaxşı 2 boksçu milli komandaya dəvət olunub. Onlar yığma komandanın tərkibində təlim-məşq toplanışı keçirlər. "Bakı 2017"də boksçularımızdan ən azı 6-7 medal gözləyirik. IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq heyət isə Oyunlara bir ay qalmış müəyyənləşəcək".
A.Abıyev qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarına qədər boksçularımız bir neçə beynəlxalq turnirdə güclərini sınayacaqlar: "Bu beynəlxalq turnirlər yoxlama xarakteri daşıyacaq. Martın 13-18-i isə Bakıda "Böyük İpək Yolu" beynəlxalq turniri təşkil ediləcək. Yarışda çoxlu ölkələrin idmançıları mübarizə aparacaqlar. Sözügedən turnirə yığmamız başqa ölkələrin milliləri ilə birlikdə hazırlaşacaq. "Bakı 2017"dən sonra isə milli komandamız Avropa və dünya çempionatlarına qatılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB