Runi "Sent-Etyenn"lə cavab görüşünü buraxacaq

Runi "Sent-Etyenn"lə cavab görüşünü buraxacaq

"Mançester Yunayted"in futbolçusu Ueyn Runi Avropa Liqasının 1/16 finalında "Sent-Etyenn"lə cavab görüşünü buraxacaq. SİA-nın məlumatına görə, buna səbəb ingilis hücumçunun əzələsində problem olmasıdır.

Qeyd edək ki, U.Runi "Sent-Etyenn"lə ilk oyunda da iştirak etməyib. Komandanın baş məşqçisi Joze Mourinyo ona həmin matçda istirahət verib.

Bütün xəbərlər Facebook səhifəmizdə