Çempionlar Liqası: “Atletiko Madrid” və “Mançester Siti”dən qol "yağışı"...
Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib. "Bayer Leverkuzen" (Almaniya) "Atletiko Madrid"i (İspaniya), "Mançester Siti" (İngiltərə) isə "Monako"nu (Fransa) qəbul edib. Maraqlı keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
"Bayer Leverkuzen" - "Atletiko Madrid" 2:4;
"Mançester Siti" - "Monako" 5:3.
Bu komandalar arasında cavab qarşılaşmaları martın 14-də oynanılacaq. Səkkizdəbir final mərhələsinin bu axşam keçiriləcək son iki oyununda "Portu" "Yuventus"la, "Sevilya" isə "Lester"lə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB