“Mançester Siti” Co Hartı 20 milyon funt-sterlinqə satacaq

“Mançester Siti” Co Hartı 20 milyon funt-sterlinqə satacaq

"Mançester Siti"nin qapıçısı Co Hart gələn mövsümdən yenidən Premyer Liqada çıxış edəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu hazırkı klubunda deyil, Premyer Liqanın başqa komandasında çıxış edəcək. Hazırda icarə əsasında "Torino"nun formasını geyinən Hart ölkəsinə dönmək niyyətindədi. "Mançester Siti" rəhbərliyi də, nəhayət ki, onu Premyer Liqa təmsilçilərinə satmağa razılıq verib. Ancaq "şəhərlilər" bunun müqabilində onu alacaq komandanın 20 milyon funt-sterlinq xərcə düşəcəyini bəyan edib. Qeyd edək ki, Co Hart 2006-cı ildən "Mançester Siti"yə məxsusdu.

Bütün xəbərlər Facebook səhifəmizdə