"Monako"nun yarımmüdafiəçisi Bernardu Silva tezliklə "Çelsi"yə transfer oluna bilər. SİA-nın məlumatına görə, bu haqda "Knyazlıq klubu"nun vitse-prezidenti Vadim Vasilyev məlumat verib: "Bəli, "Çelsi" Silva ilə maraqlanır. Amma portuqaliyalı futbolçunu digər klublar da heyətində görmək istəyir. Mövsüm başa çatdıqdan sonra mümkün transferlə bağlı danışmaq olar".
"The Times"ın iddiasına görə, London klubu portuqaliyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, 22 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 25 oyunda 6 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB