"Napoli"nin futbolçusu Markes Loureyru Allan zədələnib. İtaliya klubunun rəsmi saytında yer alan xəbərə görə, ölkə çempionatında "Kievo"ya qarşı matçda zədə alan braziliyalı yarımmüdafiəçinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, o, Çempionlar Liqasının 1/8 finalında "Real"la cavab görüşünü buraxacaq.
Qeyd edək ki, "Napoli" - "Real" matçı martın 7-i keçiriləcək. Bu komandalar arasında ilk oyunda Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB