Stolüstü tennisçilərimiz “İsveç open” turnirinə qoşulacaqlar

Stolüstü tennisçilərimiz “İsveç open” turnirinə qoşulacaqlar

Fevralın 22-dən 26-dək İsveçin Orebro şəhərində gənclər arasında "İsveç open" çempionatı keçiriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına əsasən, çempionatda komandamızın 7 üzvü oğlanlar və qızlar arasında şəxsi və qoşa yarışlarda mübarizə aparacaqlar. Turnirdə 38 ölkədən 320 idmançı iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə