Karateçilərimizdən Avropa çempionatında 4 medal

Karateçilərimizdən Avropa çempionatında 4 medal

Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və gənclərin növbəti Avropa çempionatının sonuncu günündə daha 2 medal qazanıblar. SİA-nın məlumatına görə, 21 yaşadək idmançıların yarışında İrina Zaretska Avropa çempionu adına, Asya Məlikova isə gümüş medala sahib olub. Murad Hacızadə 16-17 yaşlıların, Ayla Rzazadə isə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində bürünc medal qazanıb.

Fidan Teymurova, Həsən Əliyev və Elcan Məmmədrzayev bürünc medal uğrunda görüşdə uduzub. Katada Ceyhun İsmayılov, Tale və Tural Yaqubov qardaşları 7-ci olublar.

Bu nəticə ilə Azərbaycan medal qazanan 34 ölkə arasında 13-cü yeri tutub.

Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə