Tələbələrə “Bakı-2017” haqda ətraflı məlumat verilib FOTOLAR

Tələbələrə “Bakı-2017” haqda ətraflı məlumat verilib FOTOLAR

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) IV İslam Həmrəyliyi Oyunlarının "Grassroots" proqramı çərçivəsində atlet səfirlərin iştirakı ilə "Yaxın hiss et" mövzusunda görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Grassroots" proqramı və "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu proqram çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq seçilmiş ulduzlar və idmançılar Oyunların təbliğində fəallıq göstərəcək, gerisayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial kampaniyaları dəstəkləyəcək və özlərinin sosial media kanallarından istifadə edərək bu mühüm idman yarışının təbliğinə dəstək göstərəcəklər.

Görüşdə tələbələrə IV İslam Həmrəyliyi Oyunlarının mesajı olan "Birlik", "Sülh", "Hörmət" və "Mükəmməllik" ideyaları barədə də məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə